11 kənd və bir qəsəbə azad edildi, 174 terrorçu öldürüldü

10 Oktyabr 2019 21:50 (UTC+04:00)

"Sülh çeşməsi" hərəkatı çərçivəsində Suriyanın Rasulayn bölgəsinin şərqindəki strateji əhəmiyyətə malik Darbasiyah qəsəbəsi PKK/YPG və İŞİD terrorçularından təmizlənib.

Qəsəbənin nəzarət altına alınması ilə YPG-yə göndərilən istənilən yardımların yolu kəsilib.

Əməliyyat zamanı həmçinin Tel Abyad və Rasulayn bölgələrinin 11 kəndi terrorçulardan azad olunub.

Rasulaynda bir sığınacağa endirilən aviazərbə ilə 19 PKK/PYD-YPG terrorçusu öldürülüb. Beləliklə, hərəkatın başlanmasından bu yana öldürülən terrorçuların sayı 174-ə çatıb.