Maral Yaqubova: "400-ə yaxın mətn oxudum, 50 romandan 40-ı..." - Müsahibə

11 Oktyabr 2019 09:41 (UTC+04:00)

"Azərbaycan nəsrində kəmiyyət azaldılmalıdı. Demirəm, senzura tətbiq olunsun. Hər halda nəşriyyatlar da brend olmağa, hər əsəri çap etməməyə çalışmalıdır".

Bu sözləri Teleqraf.com-a video-müsahibəsində AMEA Nizami Gəncəvi adına adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova deyib.

Alim müasir ədəbiyyatın və ədəbiyyatşünaslığın problemləri, əyər-əskikləri və ümidverici istiqamətləri haqda ətraflı söz açıb.

Qeyd edək ki, Maral Yaqubova bu ilin sentyabrında AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə "Ədəbi proses-2018" mövzusunda keçirilən konfransda nəsr üzrə məruzəçi olub.

Ədəbiyyatşünas-alim məruzəyə hazırlıq dövründə çoxsaylı nəsr mətnlərini oxuyub təhlilə cəlb etdiyini bildirib.

Video-müsahibəni təqdim edirik: