“Barselona”nın transfer siyahısı bəlli oldu

13 Oktyabr 2019 16:59 (UTC+04:00)

İspaniya mətbuatı “Barselona”nın mərkəz hücumçu mövqeyinə namizədlərin adlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Luis Suaresin potensial əvəzləyicisi siyahısında 5 oyunçunun adı yer alıb. Bunlar Killian Mbappe (PSJ), Harri Keyn (“Tottenhem”), Markus Reşford (“Mançester Yunayted”), Roberto Firmino (“Liverpul”) və Lautaro Martinesdir (“İnter”).

Klub rəhbərliyinin yaxın gələcək üçün məhz bu hücumçulardan birini transfer etmək istədiyi iddia olunub.