Türkiyə Suriyada daha bir bölgəni azad etdi

13 Oktyabr 2019 18:38 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələri Təl-Əbyad bölgəsindəki sərhəd yaşayış məntəqəsini terrorçulardan təmizləyib.

Teleqraf.com-un məlumatına görə, yaşayış məntəqəsi Suriya milli ordusunun nəzarəti altına keçib.

Terrorçulardan təmizlənən ərazilərdə axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, oktyabrın 9-da Türkiyə ordusu Suriyanın şimal-şərqində əməliyyatlara başlayıb.