ABŞ Suriyadakı bazalarını bombaladı

17 Oktyabr 2019 12:54 (UTC+04:00)

Suriyanı tərk edən ABŞ PKK/YPG ilə əməkdaşlığının dəlili sayılacaq hər şeyi məhv edir.

Teleqraf.com xəbər verir ki, ABŞ ordusu fransız sement firmasl La Fargenin qərargah kimi istifadə etdiyi obyekti tərk edərkən burada olan təchizat və bir sıra materialları yandıraraq məhv edib.

Qeyd edək ki, əvvəl Tel Abyad və Rasulayn ərazisində 4 postu boşaldan ABŞ dünən Menbiçdə yerləşən Əl Saida bazasından çıxıb.

Buna bənzər addım Aynel Ərəbdə də yaşanıb. ABŞ xüsusi qüvvələri qərargahı boşaldılıb. Peyk görüntülərindən ABŞ qüvvələri buranı boşaldarkən çoxlu sayda sənəd, təchizat və materialları ələ keçməməsi üçün yandırıb. Bu səbəbdən də bölgədə tüstülənən böyük duman müşahidə edilib.

Xatırladaq ki, ABŞ mediası bundan əvvəl Rasulayndan çıxan Amerika qüvvələrinin ərazidə qoyduqları material və sənədləri məhv etməməsinə dair xəbərlər yaymışdı.

Suriya İnsan Haqları Müşahidə Təşkilatının açıqlamasında isə qeyd edilir ki, ABŞ əsgərləri tərəfindən boşaldılan hərbi baza ABŞ liderliyindəki koalisiyaya aid olan qırıcılarla bombalanaraq yararsız vəziyyətə gətirilib.