Türkiyə Uşaq Oyunları və İdman Klubları Federasiyası Bakıda tədbir keçirdi - Foto

17 Oktyabr 2019 15:04 (UTC+04:00)

Bu gün Bakıda Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyasının (ÇOSKF) təşkilatçılığı ilə tədbir tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirə Türkiyənin Bakıdakı səfiri Erkan Özaral,Hilal İctimai Birliyinin sədri Arzuman Abdulkərimov, Azərbaycan Gənclər və İdman Nazirliyinin numayəndəsi Oruc Məmmədli, "Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camal, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, Azərbaycan Məktəb İdmanları Federasiyasının sədri, millət vəkili Sevinc Hüseynova, federasiyanın katibi Pərvin Mehdiyev, Türkiyə Uşaq Oyunları Federasiyasının sədri Mehmet Mutlu iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Məktəb İdmanalrı Federasiyasinın sədri, millət vəkili Sevinc Hüseynova qonaqlari salamlayaraq bildirb ki, bu oyunun Azərbaycanda keçirilməsi təqdirəlayiqdir:
"Bu oyun usaqların idmana olan həvəs və maraqlarının artmasına, onların özünəqapanma kimi xüsusiyyətlərinin aradan qalxmasina şərait yaradacaq".

Gənclər və İdman Nazirliyinin numayəndəsi Oruc Məmmədli bu oyunların Türkiyə-Azərbaycan qardaşlığının daha da möhkəmlənməsinə sərait yaradacağını bildirib.

Türkiyə Uşaq Oyunları Federasiyasının sədri Məhmət Mutlu isə oyunların Bakıda keçirilməsinin davamlı olacağını deyib, təşkilati dəstək üçün Azərbaycan rəsmilərinə minnətdarlığını bildirib.

Çıxışlardan sonra Türkiyənin Bakıdakı səfiri Ərkan Özoral, Hilal İctimai Birliyinin sədri Arzuman Əbdülkərimov, Gənclər və İdman Nazirliyinin numayəndəsi Oruc Məmmədli, jurnalistlər Aygün Muradxanlı, Rauf Arifoğlu, millət vəkili Sevinc Hüseynovaya mükafatlar təqdim olunub.