Cennifer ərə getdi

21 Oktyabr 2019 00:12 (UTC+04:00)

Hollivud ulduzu Cennifer Lourens art-qalereya sahibi olan nişanlısı Kuk Maroney ilə nikah masasına oturub.

Teleqraf.com xəbər verir ki, toy ABŞ-ın Rod Ayland ştatında keçirilib.

"Oskar"lı aktrisanın "Dior" markalı gəlinlik geydiyi bildirilir. Toy mətbuata qapalı şəraitdə keçirilib. Paparazzilərin mərasimdən fotolar çəkə bilməməsi üçün çətirlərlə önləm alınıb. Toya məşhurların axın etdiyi bildirilir.