Eynşteyn “həll edilməyəcək” demişdi, amma… - Əsgərdən dahiyə elm dərsi

1 Noyabr 2019 09:05 (UTC+04:00)

Elm adamları fizik Albert Eynşteynin “həll edilməyəcək” dediyi ümumi nisbilik nəzəriyyəsini həll etmək üçün alman alim Karl Şvartsşildin sadə hesablamalarından istifadə edib. Elm adamları bununla kainatdakı qara dəliklərin mövcudluğu və xüsusiyyətləri haqda yeni məlumatlara çatıb.

Teleqraf.com xəbər verir ki, Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsi, cazibə qüvvəsini məkan-zaman anlayışının universal məhsulu kimi izah etməyə kömək edən tənlikdir.

1916-cı ildə ortaya çıxan nəzəriyyə kosmosun əyriliyinin maddə və radiasiyadan asılı olmayaraq birbaşa enerji və təcil ilə əlaqəli olduğunu ətraflı izah etdi. Lakin bir problem vardı.

Eynşteyn doğru hesablamanı apara bilməməsi səbəbindən nəzəriyyəni necə isbat edəcəyini açıqlaya bilmədi və məqaləsini təqdim edərkən ehtimallara əsaslandı. Bir il sonra İkinci Dünya Mügaribəsində iştirak edən bir əsgər olan Karl Şvartsşild Eynşteynə yazdığı məktubda tənliyin həlli ilə bağlı öz təklifini verdi.

Eynşteynin görmədikləri

Bu problemi müəyyən edən tənliklərin həlli Eynşteyn tərəfindən həll olunması da çətin idi. Eynşteyn konkret cavab əldə etmək üçün tənliklərin çox qarışıq olduğunu düşündü, lakin bunu düşünürkən nəzərə almadığı bir nəfər vardı və bu məsələdə fərqli düşünürdü. O, Karl Şvartsşild idi. Müharibə vaxtı Eynşteynin ən son araşdırmalarını izlədi. Eynşteynin cazibə qüvvəsi ilə bağlı gördüyü işlərlə tanış oldu və bu tənlikləri həll etməyə başladı.

Şvartsşild Albert Eynşteynin tənliklərinin həllinin bir yolunun olduğunu düşünürdü. Ona görə, həll prosesində Eynşteynin nəzərdən qaçırdığı bir nöqtə ola bilərdi.

Bu səbəbdən müharibənin durğunluğu dövründə elektrik enerjisi ilə doldurulmayan, fırlanmayan, homogen, hamar və kürə formasında bir həndəsi fiqur hazırladı. Şvartsşild Eynşteynin tənliklərinə cavab verən həndəsi düstur əldə edə bildi və beləliklə dördölçülü kosmik vaxtı və ya fırlanmayan bir kürəni əhatə edən toru müəyyən etdi.

Şvartsşild Eynşteynə göndərdiyi məktubda yazırdı:

“Nəzəriyyənizi böyük bir maraqla oxudum. Problemin dəqiq həllinin bu qədər asanlıqla olacağını düşünmürdüm. Məsələ ilə əlaqədar riyazi baxışınızı bəyəndim”.

Eynşteynin nəzəriyyəsini həll edərkən, Şvartsşild kosmosda (sonradan qara dəlik olduğu məlum olacaqdı) başqa bir fenomeni təsvir etmişdi.

Şvartsşild radiusu

Elm adamlarına görə, Karl Şvartsşildin hesablaması düzgün və mükəmməl idi, lakin bu üsulda qəribə bir şey vardı, xüsusən də radiusun kürə mərkəzindən uzaq olması termini. Belə bir vəziyyət qeyri-adi hərəkət trayektoriyası yaradır. “Şvartsşild radiusu” adlanan hansısa bir kürənin mərkəzində qara dəliyə qədər olan məsafədə kosmik zaman o qədər əyri olur ki, hətta işıq da keçə bilmir.

Şvartsşild radiusu kosmosdakı qara dəliklərin ölçüsünü müəyyənləşdirir. Uzaq bir qara dəliyə düşən bir cismi təqib etsəniz, Şvartsşild radiusuna qədər yavaşladığını, lakin əsla ona çatmadığını görəcəksiniz. Başqa sözlə, Karl Şvartsşild Albert Eynşteynin bilmədiyini - qara dəliklərin əsas xüsusiyyətlərini izah etdi.