Putinin maraqlı keçmişi ortaya çıxdı - İlk dəfə

3 Noyabr 2019 22:14 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putinin tərcümeyi-halı ortaya çıxıb.

Peterburq şəhərindəki Dövlət Mərkəzi Tarixi və Siyasi Sənədlər Arxivləri aralarında Putinin də olduğu sabiq KQB agentlərinin tərcümeyi-halını ilk dəfə ictimaiyyətlə paylaşıb.

SSRİ-nin Kommunist Partiyasının gənclik qurumu olan “Komsomol” tərəfindən toplanan bilgilərdə 23 yaşında KQB agenti olan Putinin idman və özünümüdafiə döyüş növləri ilə bağlı qazandığı uğurları da yer alıb. Xüsusilə, sambo və cüdo döyüş növlərində master dərəcəsi sahibi olduğu və 1976-cı ildə çempionluğa yüksəldiyi vurğulanıb. Putin çalışqan, intizamlı, dürüst, stresslər mübarizə apara bilən və iş yoldaşları tərəfindən hörmət edilən şəxs kimi təqdim edilib.

2000-ci ildən bəri Rusiya Federasiyasının prezidenti kimi fəaliyyət göstərən 67 yaşlı Vladimir Putin cudodan 8-ci, Kyokuşin karatedə 8-ci, taekvondoda 9-cu dərəcəli qara kəmər sahibidir.

Putin Monqolustanın “Udriin Sonin” yayım qurumunda verdiyi müsahibədə cüdonun insanın həyat tərzini təkmilləşdirdiyini, başqalarına hörmət etməyi və həyatın çətinlikləri ilə asan mübarizə aparmağı öyrətdiyini söyləmişdi.