Mustafa Sandalın 5 azərbaycanlı qızla görüşünün şok səbəbi - Fotolar

4 Noyabr 2019 12:32 (UTC+04:00)

Türkiyəli müğənni Mustafa Sandalın 5 azərbaycanlı xanımla məkanların birində görüntülənməsi yeni layihə ilə bağlıdır.

Teleqraf.com xəbər verir ki, bloqqer Lirika bu haqda məlumat verib:

“Müğənni Mustafa Sandalla görüş keçirildi. Onun yeni layihəsində iştirak etmək mənim üçün çox xoş oldu. Yaxın günlərdə layihə ilə tanış olacaqsınız”.

Türkiyə mediasında Mustafa Sandalın Xəzər TV-də yayımlanan “Xəzər maqazin” verilişinin keçmiş aparıcısı, model Razi Əliyeva ilə sevgili olduğu iddia edilib.

Qeyd edək ki, Mustafa Sandalın layihəsində aparıcı-model Razi Əliyeva, bloqqerlər Mehin Hümbətova, Kamilə, Lirika, model Kamilə Babayeva iştirak edəcək.

Посмотреть эту публикацию в Instagram