Vasif Talıbovdan yeni sərəncam - Xidmət yaradıldı

4 Noyabr 2019 21:13 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti yaradılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 4-də sərəncam imzalayıb.

Sərəncama əsasən, “Naxçıvanqaz” İstehsalat Birliyinin əsasında Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti yaradılıb.