Meteohəssas insanlar üçün xoş xəbər

5 Noyabr 2019 00:16 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan Teleqraf.com-a verilən məlumata görə, ötən gün Günəş fəallığı çox aşağı səviyyə, Günəş diski ləkəsiz olub. Bu səbəbdən geomaqnit sahə də son 24 saat ərzində ümumən sakit olub.

Məlumata görə, noyabrın 4-6-da Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Günəş küləyi parametrlərinin sakit rejimə uyğun qalacağı proqnozlaşdırılır.

Proqnoz dövründə geomaqnit sahədə ümumən sakitlik müşahidə olunacaq. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 5%-dən aşağı qiymətləndirilir.