Aktrisa ona təcavüz etmək istəyən kişini ifşa etdi - Foto

6 Noyabr 2019 22:12 (UTC+04:00)

Türkiyəli aktrisa Yasemin Kay Allen ona təcavüz etmək istəyən şəxsin fotosunu paylaşıb.

Teleqraf.com xəbər verir ki, sənətçi həmin kişinin e-mail ünvanını da qeyd edərək, ona intim mesajlar yazdığını bildirib.

“Bu adam mənə uzun zamandır təcavüz etmək istədiyini yazır. Tanıyan varsa, xəbəriniz olsun, manyakdır" deyə, o, Tvitter səhifəsində yazıb.