Bakı sakininin pulqabısı oğurlandı

7 Noyabr 2019 13:00 (UTC+04:00)

Bakının Xətai rayonunda oğurluq olub.

Teleqraf.com xəbər verir ki, 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini O.Vəliyevin içərisində 1300 manat, sənəd və açarlar olan pulqabısını oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini V.Həsənov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.