ABŞ Yaponiyanın şəhərini bombaladı – Qorxunc olay

7 Noyabr 2019 16:01 (UTC+04:00)

ABŞ-ın Hind-Sakit okean hövzəsindəki Silahlı Qüvvələrinin komandanlığı Amerika ordusuna məxsus “F-16” qırıcısının Yaponiyanın Mişava şəhərinə bomba atdığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, açıqlamada olayın təlim vaxtı təsadüfən baş verdiyi bildirilib.

Məsələ ilə əlaqədar araşdırmanın aparıldığı və Yaponiya hökumətinin məlumatlandırıldığı vurğulanıb.

Olayda xəsarət alanların və dağıntının olmadığı qeyd edilib.