Hərbi helikopter gəminin göyərtəsinə çırpıldı

7 Noyabr 2019 22:12 (UTC+04:00)

İtaliya Hərbi-Hava Qüvvələrinə məxsus helikopter eniş edərkən gəminin göyərtəsinə çırpılıb.

Teleqraf.com-un məlumatına görə, insident təlim uçuşu zamanı baş verib.

Helikopter eniş zamanı böyrü üstə əyilib və nəticədə vinti dağılıb. Heyət üzvlərinin səyi nəticəsində baş verə biləcək yanğının qarşısı alınıb. Helikopterdə olan 6 heyət üzvündən heç biri xəsarət almayıb.