Cənubi Azərbaycanda zəlzələ - 3 ölü, 20 yaralı

8 Noyabr 2019 06:43 (UTC+04:00)

İranın şimal-qərbində cümə günü baş verən zəlzələ nəticəsində ən azı 3 nəfər ölüb və 20 nəfər yaralanıb.

Teleqraf.com-un məlumatına görə, ölkənin şimal-qərbindəki şərqi Azərbaycan əyalətində 5.8 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri 1,4 milyon əhalisi olan Təbriz şəhərindən 118 km qərbdə yerləşdi, zəlzələnin ocaqı isə 10 kilometr dərinlikdə yerləşirdi.