Prezident Bayraq Günü münasibətilə paylaşım etdi - Video

8 Noyabr 2019 09:40 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev özünün rəsmi Feysbuk səhifəsində 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə videoçarx paylaşıb.

Teleqraf.com xəbər verir ki, videoçarx “Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir!” cümləsi ilə təqdim olunub.

Videonu təqdim edirik.