Merkelə "Sülh çeşməsi"nə aid sual verildi - Diqqətçəkən cavab

8 Noyabr 2019 10:36 (UTC+04:00)

Fransa Prezidenti Emmanuel Makronun NATO-nun beyin ölümü yaşadığı barədə sözləri olduqca kəskin ifadədir. Belə bir çıxışa ehtiyac yoxdur. Bu, mənim düşüncə tərzim deyil.

Teleqraf.com xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel deyib.

Onun fikrincə, Avropa öz taleyini özü həll etməlidir: "Lakin NATO bizim üçün bazarlıq mövzusu ola bilməz".

NATO Baş katibi Yens Stoltenberqlə Türkiyənin həyata keçirdiyi "Sülh çeşməsi" əməliyyatı barədə müzakirə apardıqlarını deyən Merkel Suriyanın şimalında yaşananları narahatlıqla izlədiklərini qeyd edib: "Hərəkatın beynəlxalq hüquqa tamamilə uyğun olduğuna dair müəyyən tərəddüdlərimiz var, amma suriyalı qaçqınları qəbul edən Türkiyənin öz təhlükəsizliyini qorumaq üçün qanuni haqqı da var. Nə olur-olsun daim əlaqə saxlamağımız vacibdir".