Ağcabədidə silahla gəzən narkotacir saxlanıldı - Əməliyyat

8 Noyabr 2019 13:48 (UTC+04:00)

Ağcabədi rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Ağcabədi rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini D.Salmanov saxlanılıb.

Onun evindən 100 qram heroin, 100 qram marixuana, metamfetamin, habelə paslanmış vəziyyətdə “Makarov” markalı tapança və 1 ədəd tapançaya bənzər qaz silahı aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.