Dünyanın diqqəti Londonda: Üç Avropa ölkəsi Türkiyə ilə müzakirəyə başlayır

8 Noyabr 2019 14:25 (UTC+04:00)

Almaniya, Fransa, İngiltərə və Türkiyə arasında Suriya böhranına dair keçiriləcək görüşün tarixi bəlli olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın açıqlama yayıb.

O, görüşün NATO-nun 3-4 dekabr tarixlərində İngiltərənin paytaxtı Londonda keçiriləcək sammiti çərçivəsində baş tutacaq.