Baronun oğlunu tutan polis öldürüldü: Bədənindən 150 güllə çıxdı

8 Noyabr 2019 15:40 (UTC+04:00)

Meksikada narkotik baronu El Kaponun oğlunun həbsindən sonra gərginlik səngimək bilmir. Polis və narkotik kartelləri arasındakı qarşıdurma davam etdiyi bir vaxtda Ovidiyo Quzmanı həbs edən polis 150-dən çox güllə ilə öldürülüb.

Teleqraf.com xəbər verir ki, adı açıqlanmayan polisin meyiti öz avtomobilində aşkar edilib.

Araşdırma zamanı məlum olub ki, polis mafiya üzvü olmaqda şübhəli bilinin iki şəxs tərəfindən qətlə yetirilib.

Şinaloa narkotik kartelinin lideri El Kaponun oğlu oktyabrın 17-də Meksikada həbs olunub. Olaydan sonra Kuliakan ştatında polis və mafiya arasında silahlı qarşıdurma başlayıb.

Qarşıdurmanın şiddətlənməsindən sonra dövlət başçısı Anders Manuel Obradorun istəyi ilə Ovidio Quzman sərbəst buraxılıb.