Burak Özçivitin oynadığı serialın yayım tarixi açıqlandı

8 Noyabr 2019 14:45 (UTC+04:00)

Məşhur aktyor Burak Özçivitin baş rolda oynadığı “Kuruluş Osman”ın yayım tarixi açıqlanıb.

Teleqraf.com xəbər verir ki, “Diriliş Ertuğrul” serialının davamı olaraq çəkilən “Kuruluş Osman” noyabrın 20-də çərşənbə axşamı Türkiyədə ATV kanalında yayımlanacaq.

Bu haqda Burak Özçivitin tərəf-müqabili, aktrisa Aslıhan Karalar məlumat verib.

Qeyd edək ki, “Kuruluş Osman” başlamadan öncə beş ölkədə satılıb. Serial başqa ölkələrdə “The Ottoman” adıyla yayımlanacaq.