Dağıdıcı zəlzələdən sonra Güney Azərbaycan – Fotolar

8 Noyabr 2019 15:31 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, bu gün Güney Azərbaycanın Miyanə şəhəri ətrafında 5.9 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, episentri Tərk şəhərində yerləşən zəlzələ bölgədə 5 nəfərin ölümü, 312 nəfərin xəsarət alması ilə nəticələnib.

Təbii fəlakətdən əsasən Vərənkeş kəndinin sakinləri zərər görüb, ölən 5 nəfər bu kəndin sakinidir.

Zəlzələ bölgəsindən görüntülər: