Baş həkimi şantaj edənlərə ağır - Cəza

8 Noyabr 2019 16:35 (UTC+04:00)

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Elxan Hümbətov, Rövşən Əliyev və Hətəmxan Çobanov un cinayət işi üzrə məhkəmə prosesi baş çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Elxan Hümbətova 12 il, Rövşən Əliyevə 9 il, Hətəmxan Çobanova isə 8 il azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər özlərini vəzifəli şəxslər, həmçinin yüksək vəzifəli şəxslərin qohumu kimi təqdim etməklə üç nəfərdən külli miqdarda pul almaqda və şantaj yolu ilə pul istəməkdə təqsirli biliniblər.

Zərərçəkmiş şəxslərdən biri Qusar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Zeynalovdur.

Təqsirləndirilənlər isə bildiriblər ki, Mübariz Zeynalovdan 125 min manatı şantaj yolu ilə deyil, Sumqayıt şəhərinə baş həkim vəzifəsinə düzəltmək adı ilə alıblar.