Türkiyə ilə Yunanıstan arasında kritik görüş – Son dəqiqə

8 Noyabr 2019 17:37 (UTC+04:00)

Rəsmi Ankara-Afina arasında son zaman yaşanan gərginlik fonunda kritik görüş baş tutub.

Teleqraf.com xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias ilə Cenevrədə bir araya gəlib.

Nazirlər ikitərəfli münasibətləri müzakirə ediblər. Həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.