Hadisəni özündən çıxardılar: “Bu, hörmətsizlikdir…”

8 Noyabr 2019 21:13 (UTC+04:00)

Məşhur cütlük Murad Boz və Aslı Enveri ayırdığı deyilən müğənni Hadisə iddialara cavab verib.

Teleqraf.com xəbər verir ki, Hadisə haqqında gəzən söz-söhbətə sərt reaksiya göstərib: “Bu, hörmətsizlikdir. Biz Muratla dostuq. Bunu illərdir söyləyirik. Bu saatdan sonra belə mövzuların danışılması çox sıxıcıdır. Aslı və Muradı çox sevirəm. Onların şəxsi həyatını kamera qarşısında danışmaram”.

Qeyd edək ki, Murad Boz və Aslı Enver ayrılan zaman Hadisə müğənni ilə səmimi fotosunu paylaşmışdı.