Şərqi Azərbaycanda dəhşətli zəlzələ: 11 ölü, 320 yaralı - Video

8 Noyabr 2019 17:44 (UTC+04:00)

İranın Şərqi Azərbaycan əyalətində 6 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələnin episentri Təbrizdən 156 kilometr məsafədə, ocağı 62 kilometr dərinlikdə olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi isə zəlzələnin yerli vaxtla saat 02:47-də baş verdiyini, zəlzələ ocağının 2 kilometr dərinlikdə yerləşdiyini açıqlayıb.

Zəlzələ Azərbaycan Respublikasının Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı rayonlarında hiss olunub.

Şərqi Azərbaycandakı zəlzələ nəticəsində 5 nəfərin həlak olduğu, 120 nəfərin yaralandığı bildirilir.

Zəlzələ Araz çayının bu tayında da hiss olunub.

***

Rəsmi məlumata görə, zəlzələ nəticəsində 11 nəfər ölüb, 320 nəfər yaralanıb. Qeyri-rəsmi məlumatda isə ölənlərin 11 nəfər olduğu bildirilir.

Zəlzələdən sonra 40 avterşok hiss olunub.