"Sevilya"nın hücumçusu birinci oldu

8 Noyabr 2019 23:39 (UTC+04:00)

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, "Sevilya"nın hücumçusu Munir El-Haddadi hamını qabaqlayıb. O, səsvermədə Markus Reşford (“Mançester Yunayted”), Esteban Qranero (“Espanyol”) və Enzo Krivellini (“Başakşəhər”) geridə qoyub.

Qeyd edək ki, El-Haddadi "Düdelanj"la matçda (5:2) het-trikə imza atıb.