Avropa çempionatının topu təqdim edildi

8 Noyabr 2019 22:13 (UTC+04:00)

AÇ-2020 rəsmi topunun təqdimat mərasimi olub.

Teleqraf.com-un məlumatına görə, qitə birinciliyində istifadə olunacaq top “Uniforia” adlanır. “Adidas”ın hazırladığı idman ləvazimatının əsas rəngi ağdır. Ttopun üzərində müxtəlif rəng çalarları da var.

Qeyd edək ki, AÇ-2020-nin matçları 12 şəhərdə, o cümlədən Azərbaycanın paytaxtı Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionu qrup mərhələsinin üç, 1/4 finalın 1 matçına ev sahibliyi edəcək.