Mourinyo "Bavariya"nın baş məşqçisi ola bilər

9 Noyabr 2019 08:37 (UTC+04:00)

Portuqaliyalı mütəxəssis Joze Mourinyo Almaniyanın "Bavariya" futbol klubu ilə danışıqlar aparır.

Teleqraf.com-un məlumatına görə, bu barədə "Gazeta.Ru" "La Gazzetta Dello Sport" qazətinin jurnalisti Nikolo Skiruya istinadən bildirib.

56 yaşlı mütəxəssis klubla 2022-ci ilə qədər müqavilə bağlamaq istəyir.

Bildirilir ki, "Bavariya" rəhbərliyi Hollandiyanın "Ayaks" komandasının baş məşqçisi Erik ten Hak və Fransanın PSJ komandasının baş məşqçisi Tomas Tuxelin namizədliyini nəzərdən keçirir.