Qazaxıstanda etiraz aksiyası keçirilir – Tələblər

9 Noyabr 2019 10:40 (UTC+04:00)

Qazaxıstanın Alma-Ata şəhərində Sarı-Arka kinoteatrının arxasındakı meydanda əmək və həmkarlar ittifaqları qanunvericiliyinin icrasına nəzarəti gücləndirmək tələbi ilə etiraz aksiyası keçirilib.

Teleqraf.com xəbər verir ki, təşkilatçıların bildirdiyinə görə, etiraz aksiyası şəhər rəhbərliyi ilə razılaşdırılıb.

“Qazaxıstan əmək hüquqlarının pozulmasına az əhəmiyyət verir. İşgüzar subyektlər də əmək hüquqlarını, həmkarlar ittifaqlarının işini fəal şəkildə pozurlar. Buna görə də, çalışmalara baxmayaraq bu sahədə Qazaxıstanın reytinqi aşağı düşür. Bu səbəbdən də biz mitinq keçiririk”, – deyə ”Vətəndaş müdafiəsi” ictimai birliyinin sədri Dmitri Litvin bildirib.

Etiraz aksiyasında 6 saatlıq iş günü, həmkarlar ittifaqlarına azadlıq, maaşların səviyyəsi və ədalətli olması məsələsi qaldırılıb.

Aksiyaya təxminən 10 nəfər qatılıb.