Ankarada zəlzələ oldu - Son dəqiqə

10 Noyabr 2019 14:44 (UTC+04:00)

Türkiyənin paytaxtı Ankara şəhərində 3,4 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 13:11-də Mamakda qeydə alınıb. Zəlzələnin episentri vilayətdən 75 kilometr şimal-şərqdə olub.

Zəlzələlərin ocağı 7 kilometr dərinlikdə yerləşib.