Nazir: "Türkiyəyə demokratik konstitusiya lazımdır"

18 Sentyabr 2014 13:48 (UTC+04:00)

Türkiyənin demokratik konstitusiyaya ehtiyacı var. Trend-in cümə axşamı "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu ölkənin ədliyyə naziri Bəkir Bozdağ deyib.

Onun sözlərinə görə, mövcud konstitusiyanın 100-dən çox bəndinə dəyişiklik edilməsinə rəğmən, ölkə hökuməti onu daha demokratik edə bilməyib.

B. Bozdağ qeyd edib ki, müasir Türkiyənin yeni konstitusiyaya ehtiyacı var.