Biləsuvarda dəhşətli qəza: Ölən var

11 Noyabr 2019 13:52 (UTC+04:00)

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

Hadisə rayonun Nəsimi kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobili sürücünün idarəetməni itirməsi səbəbindən aşıb. Nəticədə avtomobildə olan sərnişin - 1956-ci il təvəllüdlü Səfərova Həqiqət Ağabala qızı ölüb.

Faktla bağlı araşdırma aparılır. (report)