Dünyanın ən yaşlı cütlüyü tapıldı

11 Noyabr 2019 22:39 (UTC+04:00)

Amerikanın Teksas ştatında yaşayan 105 yaşlı Şarlotta və 106 yaşlı Con Henderson dünyanın ən yaşlı cütlüyü olaraq "Ginnesin Rekordlar Kitabı"na düşüblər.

Teleqraf.com xəbər verir ki, 80 iilik evli olan ər-arvad bir-birlərini çox sevdiklərini dilə gətiriblər:

"1934-cü ildə tanış olub 5 il sonra evlənmişik. Bal ayına getmək üçün sadəcə 7 dollarımız vardı. Birlikdə çalışdıq və bütün çətinliklərin öhdəsindən gəldik. Uzun illər evli qalmağın tək sirri var: həyat yoldaşınıza qarşı səmimi olun".

Con Teksas Universitetinin ən yaşlı futbolçudur. O, ildə ən az bir dəfə matça qatılır.