Kıvanç Tatlıtuğ həyat yoldaşına lüks avtomobil hədiyyə etdi - Foto

12 Noyabr 2019 15:36 (UTC+04:00)

Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğ həyat yoldaşı Başak Dizerə lüks avtomobil alıb.

Teleqraf.com xəbər verir ki, Kıvanç Tatlıtuğ həyat yoldaşına 900 bin TL dəyərində “Land Rover Discovery” markalı avtomobil hədiyyə edib.

Cütlük İstanbul gecələrində görüntüləniblər.

Avtomobillərə düşkünlüyü ilə tanınan Kıvanç Tatlıtuğun “Range Rover”, “Ferrari 348” və “Ford Raptor” markalı üç lüks avtomobili var.

Qeyd edək ki, Kıvanç Tatlıtuğun son zamanlar həyat yoldaşına model Sara Sampaio ilə xəyanət etdiyi iddia edilmişdi.