Kılıçdaroğluna şok cəza – Ərdoğanı təhqir etdiyinə görə

12 Noyabr 2019 15:45 (UTC+04:00)

Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılçdaroğlu məhkəmənin qərarı ilə 50 min lirə cərimə edilib.

Teleqraf.com xəbər verir ki, qərar CHP sədrinin Prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etməsi səbəbindən verilib.

Ərdoğanın vəkilləri keçən il partiyanın iclasında prezidentə qarşı təhqiramiz ifadələr səsləndirdiyinə və sosial şəbəkədə karikatura paylaşdığına görə Kılçdaroğlunu məhkəməyə vermişdi.