Bakıda dəm qazı can aldı

12 Noyabr 2019 17:15 (UTC+04:00)

24 yaşlı qız dəm qazından zəhərlənərək ölüb.

Hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

Qəsəbənin “Südçülük sovxozu” adlı yaşayış sahəsində məskunlaşan 1995-ci il təvəllüdlü A.Babayeva evdə, hamam otağında dəm qazından zəhərlənərək həyatrını itirib.

Faktla bağlı araşdırma aparılır./oxu.az/