Xaçmazda 20 yaşlı gənc faciəvi şəkildə öldü

13 Noyabr 2019 23:13 (UTC+04:00)

Xaçmazda dəmir yolu xəttində 20 yaşlı gəncin ölümü ilə nəticələnən hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, Xaçmaz rayonu, Çarxı kənd sakini 1999-cu il təvəllüdlü Mehdiyev Ağacan Maqsud oğlu dəmir yolu xəttində qatarın altında qalıb.

M.Mehdiyev hadisə nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.