Tramp müayinə edildi - Ağ Evdən açıqlama

17 Noyabr 2019 01:15 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp 2020-ci seçki ilində vaxt itirməmək üçün tibbi müayinədən keçməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin mətbuat katibi Stefani Qrişem bildirib.

"2020-ci ilin sıx iş qrafikinə görə prezident Vaşinqtonda həftəsonu sərbəstliyindən istifadə edərək, fiziki sağlamlığı ilə bağlı ənənəvi illik tibbi müayinədən keçməyə başlayıb. Qismən müayinə Uolter Rid adına hospitalda aparılıb", - o deyib.