Banqladeşdə partlayış: 7 ölü

17 Noyabr 2019 13:06 (UTC+04:00)

Banqladeşin Çittaqonq şəhərində beşmərtəbəli binada partlayış olub.

Teleqraf.com xəbər verir ki, yerli vaxtla saat 8:30 radələrində binanın birinci mərtəbəsində qaz xəttində baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Yalananlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.