Miri Yusif həyat yoldaşı ilə Cem Yılmazın görüşündə - Foto

18 Noyabr 2019 11:35 (UTC+04:00)

Xəbər verdiyimiz kimi komediya aktyoru Cem Yılmaz ölkəmizdə iki günlük konsert proqanmı ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, xalq artisti Miri Yusif həyat yoldaşı ilə Cem Yılmazın konsertinə gedib.

O, sosial şəbəkədə Cem Yılmazla fotosunu paylaşaraq “Düzdür, bu gün tanış olduq. Amma zarafatımız dünəndən var. Super konsert, super sənətkar” deyə qeyd edib.

Cem Yılmaz mətbuat nümayəndələrinin suallarını cavablandırarkən “Bir həftə burada qalsam Miri Yusif kimi xalq artisti olaram” demişdi.

Cem Yılmaz Bakı Konqres Mərkəzində iki günlük konsert verib.