Ramiz Mehdiyev görüş keçirdi - Foto

18 Noyabr 2019 12:50 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Roin Metreveli ilə görüşüb.

AMEA-dan Teleqraf.com-a bildirilib ki, görüşdə Azərbaycan və Gürcüstan Milli Elmlər akademiyaları arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə əlaqədar məsələlər müzakirə olunub.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev ölkəmizdə dövlət səviyyəsində dost və qonşu Gürcüstanla əlaqələrə xüsusi diqqət yetirildiyini vurğulayıb.

Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Roin Metreveli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə görüşlərindən söz açıb, ictimai və humanitar elmlər sahəsində elmi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar olduğunu bildirib.