“Bu iki ölkə bir federasiyada birləşsin” - Pompeodan şok açıqlama

19 Noyabr 2019 10:13 (UTC+04:00)

“ABŞ Kiprin ikitərəfli və bir federasiya formasında birləşməsi ilə bağlı səyləri dəstəkləyir”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo Cənubi Kiprin (yunan) xarici işlər naziri Nikos Kristodoulidslə görüşündə bildirib.

O, Cəbubi Kipr hökumətinin, eləcə də BMT-nin Şimali (türk) və Cənubi Kiprin birləşdirilməsi ilə bağlı cəhdlərini dəstəklədiklərini bildirib.