“Bahalaşma hökumətlə xalq arasında güclü bağ deməkdir” – İranlı səfirdən qəribə sözlər

19 Noyabr 2019 16:07 (UTC+04:00)

“İranda benzinin bahalaşması xalqla hökumət arasında güclü bağın göstəricisidir"

Teleqraf.com xəbər verir ki, bunu İranın Londondakı səfiri Həmid Bəidinejad deyib.

Diplomat Tvitterdə İranda benzinin bahalaşmasından sonra ölkədə başlayan etiraz aksiyaları haqda yazıb:

“İran hakimiyyəti ABŞ-ın sanksiyalarının xalqın sosial həyatına təsirlərini azaltmaq üçün qəhrəmancasına qərarlar qəbul edir. Benzinin bahalaşdırılması hökumətlə xalq arasında olan güclü bağın simvoludur, hansı ki, bu hal Qərb ölkələrinin çoxunda mövcud deyil”.

İranın onlarla şəhərində benzinin bahalaşmasına etiraz aksiyaları keçirilir. Ötən həftənin sonundan başlayan etiraz aksiyaları zamanı 1000-dən çox insan saxlanılıb, 40-a yaxın insan həlak olub.