Polis rəisi həbs olundu – Təhlükəsizlik Xidməti

19 Noyabr 2019 18:53 (UTC+04:00)

Ermənistanın Tumanyan rayonunun polis rəisi Lernik Giqolyan həbs edilib.

Teleqraf.com xəbər verir ki, polis rəisi Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Giqolyanın hansı səbəbdən həbs edildiyi açıqlanmayıb.

O bu posta bir müddət əvvəl vəzifədən uzaqlaşdırılan Ermənistanın keçmiş polis rəisi Valeri Osipyan tərəfindən təyin edilmişdi.