Salyanda dəm qazı faciəsi: 27 yaşlı qadın öldü

19 Noyabr 2019 20:57 (UTC+04:00)

Salyanda qadın dəm qazından boğularaq ölüb.

Teleqraf.com xəbər verir ki, hadisə bu gün axşam saatlarında Salyan şəhər Tale Davudzadə küçəsində baş verib.

Həmin ünvanda yaşayan 1992-ci təvəllüdlü Zəkirə Bədəlova hamamda çimərkən dəm qazında boğularaq ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanları gəlib.

Meyit aidiyyati üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.