Azərbaycanlı fəal saxlanıldı – ETTELAAT-ın təcridxanasına aparıldı

20 Noyabr 2019 18:28 (UTC+04:00)

Güney azərbaycanlı milli-mədəni fəal Siyamək Seyfi saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Meşkinşəhrdə İran polisi tərəfindən saxlanılan fəal məhkəməyə çıxarılıb.

Məhkəmədə ifadə verən Siyamək Seyfinin İranın Kəşfiyyat Nazirliyinin (ETTELAAT) təcridxanasına aparıldığı bildirilib.

Azərbaycanlı fəalın hansı səbəbdən saxlanıldığı hələlik dəqiqləşməyib.