ABŞ Ermənistan və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfərini alqışlayır

22 Noyabr 2019 18:54 (UTC+04:00)

ABŞ bir müddət əvvəl ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin köməyi ilə Ermənistanla Azərbaycan arasında baş tutmuş jurnalistlərin qarşılıqlı səfərini alqışlayır.

Teleqraf.com-un məlumatına görə, bu barədə ABŞ-ın ATƏT-dəki missiyasının “Twitter” səhifəsində qeyd edilib.

Qeyd olunub ki, bu cür qarşılıqlı səfər mübadiləsi əhalini sülhə hazırlayır və gərginliyi azaldır.